Bu kişilərin yalnız qız övladları dünyaya gəlir » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:20 Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzində  |     14:13 SSRİ-nin "ilk gözəli" vəfat etdi - FOTO  |     14:08 Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir  |     14:00 BMT eksperti: "Buzlaqların əriməsi səbəbindən qlobal fəlakətə yaxınlaşırıq"  |     13:53 Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib  |     13:45 Bəzi fermerlərə 8000 manat subsidiya veriləcək  |     13:35 Gürcüstanın hakim partiyası parlament seçkisində qalib gəldi  |     13:30 Azərbaycanda polis ehtiyatsızlıq nəticəsində həyatını itirdi  |     13:22 Kolleclərə yeni təyinatlar olub  |     13:15 Mayk Tayson məğlubiyyətdən sonra boksdakı taleyi ilə bağlı açıqlama verdi  |     13:08 Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib  |     13:02 Sabahın hava proqnozu AÇIQLANDI - 17.11.2024  |     22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |    

Bu kişilərin yalnız qız övladları dünyaya gəlir

Adətən qız övladının doğulmasına görə qadınlara "irad" tuturlar. Lakin qadının burada heç bir "günahı" yoxdur.

Bioloji nöqteyi nəzərdən gələcək uşağın cinsini ana deyil, ata "təyin edir". Bu nə deməkdir?
Bildiyimiz kimi, insan orqanizminin irsi məlumatları (dəri, gözlərin, saçların rəngi və s.) xromosomlar daşıyır. Cinsi xromosomlar X və Y olur. XX - qadın, XY - kişi fenotipidir. Kişi cinsi hüceyrələri olan spermatozoidlər X və ya Y xromosomu daşıya bilər. Qadın cinsi hüceyrəsi olan yumurta hüceyrəsi yalnız X xromosomu daşıyır. Əgər yumurta hüceyrəsini X xromosomu daşıyan spermatozoid tərəfindən mayalandırarsa qız (XX), Y xromosomu daşıyan spermatozoid mayalandırarsa oğlan uşağı (XY) dünyaya gələcək.
Bəs bunu qabaqcadan proqnozlaşdırmaq mümkündürmü? Təbii ki, tam mümkün deyil. Lakin...
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Aberistuit Universitetinin (Böyük Britaniya) alimləri çoxlu sayda statistik və genetik materialları təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, bir neçə bacısı və bibisi olan kişilərin daha tez-tez qız övladları və əksinə nəsildə kişilər çox olanlarda (qardaşlar, əmilər) daha tez-tez oğlan övladları dünyaya gəlir.
Bundan əlavə alimlər aşkar ediblər ki, 1-ci və 2-ci qan qrupu olanlarda qız övladlarının dünyaya gəlməsi ehtimalı daha çoxdurскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            486 12.05.21 00:01