Avstraliyada polşalı məhbus saxlanıldığı düşərgədən qaçmaq üçün 20 metrlik tunel qazıb.
Bu barədə “ABC News” məlumat yayıb.
Hadisə əcnəbi vətəndaşların saxlanıldığı Yonqan Hill həbsxanasında qeydə alınıb.
Avstraliya sərhəd xidmətindən verilən məlumata görə, 40 yaşlı polşalı miqrant düşərgənin altından yeraltı tunel qazaraq qaçmağa cəhd göstərib.
Onun tək olmadığı, bu işdə bir neçə nəfər məhbusla əlbir olduğu bildirlib. Lakin qaçış cəhdi uğursuz alınıb. Həbsxana əməkdaşları qazıntı işlərini vaxtında aşkar ediblər.
Bütün iştirakçıların digər düşərgəyə köçürüldüyü bildirilib.