Dünyada koronavirusa yoluxanların sayı 160 milyon nəfəri ötdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:58 BDU-nun dosenti VƏFAT ETDİ  |     14:50 Ruslar Ermənistana getməkdən imtina edir  |     14:40 Azərbaycanda orta aylıq əməkhaqqı artıb  |     14:28 Rusiyanın məşhur rejissoru vəfat etdi  |     14:20 Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzində  |     14:13 SSRİ-nin "ilk gözəli" vəfat etdi - FOTO  |     14:08 Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir  |     14:00 BMT eksperti: "Buzlaqların əriməsi səbəbindən qlobal fəlakətə yaxınlaşırıq"  |     13:53 Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib  |     13:45 Bəzi fermerlərə 8000 manat subsidiya veriləcək  |     13:35 Gürcüstanın hakim partiyası parlament seçkisində qalib gəldi  |     13:30 Azərbaycanda polis ehtiyatsızlıq nəticəsində həyatını itirdi  |     13:22 Kolleclərə yeni təyinatlar olub  |     13:15 Mayk Tayson məğlubiyyətdən sonra boksdakı taleyi ilə bağlı açıqlama verdi  |     13:08 Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib  |     13:02 Sabahın hava proqnozu AÇIQLANDI - 17.11.2024  |     22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |    

Dünyada koronavirusa yoluxanların sayı 160 milyon nəfəri ötdü

Dünyada COVID-19-a yoluxma hallarının sayı 160 milyonu ötüb.

Bu barədə ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir. Belə ki, mayın 11-də təhlükəli infeksiyaya yoluxma hallarının sayı 160 21 129 təşkil edib.

Koronavirusa ən çox yoluxma sayı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 33 519 020 yoluxma aşkarlanıb.

Siyahıda sonrakı yerdə Hindistan (23 288 260 yoluxma), Braziliya (15 214 030), Fransa (5 780 379) qərarlaşıb. Türkiyədə koronavirusa 5 044 936, Rusiyada 4 896 842, Böyük Britaniyada 4 437 217, İtaliyada 4 116 287, İspaniyada 3 581 392, Almaniyada 3 538 927, Argentinada 3 165 121, Kolumbiyada 3 015 301, Polşada 2 838 180, İranda 2 691 352, Meksikada 2 366 496, Ukraynada 2 124 535, Peruda 1 853 370, İndoneziyada 1 723 596, Çexiyada 1 646 981, Cənubi Afrikada 1 597 724, Niderlandda 1 571 398, Kanadada 1 296 262 yoluxma aşkarlanıb.

Dünyada COVID-19-dan ümumilikdə 3 323 714 insan ölüb. Bununla yanaşı, 137 713 834 nəfər təhlükəli infeksiyadan sağalıb.

Hazırda 18 983 581 pasiyentin müalicəsi davam edir.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            546 11.05.21 22:25