İranda qarşıdakı, 13-cü prezident seçkiləri üçün namizəd olaraq qeydiyyatdan keçmək istəyənlərin müraciətlərinin qəbulu başlayıb.
Bu barədə Press TV xəbər yayır.
Namizədlər siyahısına daxil olmaq üçün 15 may tarixinə qədər lazımi sənədlər təqdim edilməlidir.
Qanuna görə, onların namizədliyi 5-10 gün ərzində İran Konstitusiyasının Qəyyumlar Şurası tərəfindən təsdiqlənməlidir. Seçkilərdə iştirak etmək üçün şuranın qəbul etdiyi namizədlərin siyahısı 26-27 may tarixlərində açıqlanacaq.
Müraciət edənlər arasında keçmiş Müdafiə naziri Hüseyn Dehqan, keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Həsən Nami, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC, İran Silahlı Qüvvələrinin elit bölmələri) Baş Komandanının müşaviri Səid Məhəmməd də var.
İranda prezident seçkiləri 18 iyuna təyin edilib. Hazırkı Prezident Həsən Ruhani ardıcıl ikinci dövr vəzifəsində olduğu üçün seçki kampaniyasında iştirak edə bilməz.