İran Xarici İşlər Nazirliyinin sözçüsü Səyid Xətibzadə İran və Səudiyyə Ərəbistanı diplomatları arasında danışıqlar aparılmasını təsdiqləyib.
“Mehr” agentliyi xəbər verir ki, o, Tehran və Riyadın 2016-cı ildən diplomatik münasibətləri olmayan ölkələr arasındakı gərginlik səviyyəsini azaltmağa qərar verdiklərini qeyd edib:
“Söhbət həm ikitərəfli, həm də regional məsələlərə yönəldi. Bu cür məsləhətləşmələri istənilən səviyyədə və formada hər zaman alqışlamışıq”.
Diplomat gərginliyin azaldılmasının həm İranın, həm də Səudiyyə Ərəbistanının və bütövlükdə bütün Yaxın Şərqin maraqlarına cavab verdiyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Tehran və Riyadın qarşılıqlı anlaşma əldə edə biləcəyinə inandığını bildirərək danışıqların və nəticələrinin başqa təfərrüatını açıqlamayıb.