Hindistanda koronavirusa yoluxma sayının artması səbəbindən ölkənin 4 ştatında - Tamil Nadu, Racastan, Pondiçeri və Karnatakada karantin rejimi sərtləşdirilib.
Sözügedən 4 ştatda bağlama tədbirləri həyata keçirilib, proses mayın 24-dək davam edəcək.
Həmçinin Dehli, Uttar Pradeş və Haryana əyalətlərində başlayan karantin 17 may tarixinə qədər uzadılsa da, sabahdan Uttarakhand əyalətində 8, Keralada isə 9 günlük komendant saatı elan edilib.
Qeyd edək ki, Hindistanda son sutkada 366 min 161 min nəfər virusa yoluxub, 3 min 754 nəfər ölüb.