Mayın 7-də ov edən zaman itkin düşən Rusiyanın Omsk vilayəti Səhiyyə Nazirliyinin rəhbəri Aleksandr Muraxovski tapılıb.
Məlumatı nazirliyin mətbuat xidməti təsdiqləyib.
“Mash Siberiya” “Telegram” kanalı xəbər verir ki, üç günlük axtarışdan sonra o özü insanlarla əlaqə yarada bilib.
Nazir Bolşeukovski rayonunun Baslı kəndinin ərazisində tapılıb. Onun xəstəxanaya aparıldığı bildirilir.
Nazirin vəziyyətinin yaxşı olduğu qeyd edilir.