Dünən gecə saatlarında milyarder İlon Maskın aparıcısı olduğu “Saturday Night Live” verilişi efirə çıxıb.
ABC telekanlının canlı yayımında tamaşaçıların görüşünə gələn proqramda tanınmış iş adamı bir sıra maraqlı açıqlamalar verib.
“Haber Global”ın məlumatına görə, Mask “Dogecoin” kriptovalyutasının tezliklə bütün dünyanın maliyyə sistemini zəbt edəcəyini bəyan edib və özünü bu rəqəmsal pulun atası adlandırıb. Lakin onun bu açıqlamalarından sonra kriptovalyuta 66 sentdən 50 sentədək ucuzlaşıb.
Bununla yanaşı, veriliş zamanı Mask psixoloji pozuntulara səbəb olan “Asperger” sindromundan əziyyət çəkdiyini etiraf edib.