Fransanın Savoy bölgəsində dağlıq ərazidə baş verən qar uçqunu nəticəsində dörd nəfər ölüb.
Median.Az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanı bildirib. Valuar icması yaxınlığında, Qalibier xizək stansiyası ətrafında baş verən hadisə yerinə dağ jandarma heyəti, itlər və iki helikopter cəlb edilib, axtarışlar davam edir.
Polisin verdiyi məlumata görə, qar uçqunu altında iki turist dəstəsi qalıb.