Kabildə partlayış zamanı ölənlərin sayı artıb - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:54 BDU-nun dosenti VƏFAT ETDİ - FOTO  |     15:51 Azərbaycanda orta aylıq əməkhaqqı artıb  |     14:58 BDU-nun dosenti VƏFAT ETDİ  |     14:50 Ruslar Ermənistana getməkdən imtina edir  |     14:40 Azərbaycanda orta aylıq əməkhaqqı artıb  |     14:28 Rusiyanın məşhur rejissoru vəfat etdi  |     14:20 Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzində  |     14:13 SSRİ-nin "ilk gözəli" vəfat etdi - FOTO  |     14:08 Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir  |     14:00 BMT eksperti: "Buzlaqların əriməsi səbəbindən qlobal fəlakətə yaxınlaşırıq"  |     13:53 Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib  |     13:45 Bəzi fermerlərə 8000 manat subsidiya veriləcək  |     13:35 Gürcüstanın hakim partiyası parlament seçkisində qalib gəldi  |     13:30 Azərbaycanda polis ehtiyatsızlıq nəticəsində həyatını itirdi  |     13:22 Kolleclərə yeni təyinatlar olub  |     13:15 Mayk Tayson məğlubiyyətdən sonra boksdakı taleyi ilə bağlı açıqlama verdi  |     13:08 Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib  |     13:02 Sabahın hava proqnozu AÇIQLANDI - 17.11.2024  |     22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |    

Kabildə partlayış zamanı ölənlərin sayı artıb - YENİLƏNİB

Kabildə Səid ul Şuhədə qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 40 nəfər ölüb, onlarla yaralı var.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Qulam Dəstəgir Nəzəri 46 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

Rəsmi mənbələrə görə, ölən və xəsarət alanların böyük əksəriyyəti məktəbin qız şagirdləridir. Bu hücumların məsuliyyətini hələləik heç kim üzərinə götürməyib. “Taliban” sözçüsü Zəbihullah Mücahid də onlara ünvanlanan ittihamları rədd edərək bu hadisəni pislədiklərini açıqlayıb.

Qeyd edək ki, məktəbin yerləşdiyi paytaxtın şiələrin yığcam məskunlaşdığı qərb hissəsi son illər İŞİD tərəfindən mütəmadi hücumlar hədəfinə çevrilir.

* * * * *

Əfqanıstanın paytaxtı Kabulda məktəbin yaxınlığında baş verən silsilə partlayışlar nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb.


“Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış Dəşte-Barçi rayonunda qızlar məktəbinin yaxınlığında törədilib.

Üç raketin partladığı da ehtimal edilir. Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            582 08.05.21 20:28