Gürcüstanda peyvəndlənmədən sonra koronavirusa 300-ə yaxın yoluxma faktı qeydə alınıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin hallar üzrə araşdırmalar aparılır.
A.Qamkrelidze deyib ki, COVID-19-a yoluxan həmin şəxslər xəstəliyi kifayət qədər yüngül formada və əksər hallarda simptomsuz keçirib.
Qeyd edək ki, qonşu ölkədə vaksinasiyada “Pfizer”, “AstraZeneca” və “Sinopharm” preparatları tətbiq olunur.