Co Bayden administrasiyası hesab edir ki, NATO-nun qapıları yeni üzv dövlətlər üçün açıq olmalıdır.
“RİA Novosti” xəbər verir ki, bunu Ağ Ev nümayəndəsi Karin Jan-Pyer Ukraynanın hərbi alyansa qoşulması barədə sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, yeni dövlətlərin ittifaqa qəbulu yalnız onların tələb edilən şərtləri yerinə yetirməsindən sonra mümkün ola bilər. Belə ki, məhz bu halda həmin dövlətlər avroatlantik alyansın daha da güclənməsinə töhfə verə bilər.
Bununla yanaşı, K.Jan-Pyer ABŞ-ın Ukraynanın NATO-ya üzv olması səylərini dəstəklədiyini də bəyan edib.