Tükiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayı 304 nəfər olub.
“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, mayın 6-da ölkə üzrə verilmiş 253 382 COVID-19 testindən 22 382-nin cavabı müsbət çıxıb.
Son 24 saat ərzində Türkiyədə 37 298 nəfər virusdan sağalıb.
Qeyd olunur ki, hazırda ölkə xəstəxanalarında 3378 ağır koronavirus xəstəsi var.