Tunisin müxalif Azad Konstitusiya Partiyasına rəhbərlik edən siyasətçi Abir Musi parlamentin iclasında dəbilqədə və zirehli jiletdə çıxış edib.
Video siyasətçinin rəsmi “Facebook” səhifəsində dərc edilib.
Deputat bununla da mandatından məhrum edilməsinə və hökumət tərəfindən şəxsi müdafiəsinə son verilməsinə etirazını bildirib.