Cari ilin yanvar-aprel ayları ərzində Ermənistanın iki hava limanının (“Zvartnos” və “Şirak”) sərnişin axını 405 105 nəfər təşkil edib.
Bunu “Zvartnos” beynəlxalq aeroportunun mətbuat katibi Satenik Ovannisyan bildirib.
Onun sözlərinə görə, son dörd ay ərzində Ermənistana 164 214 nəfər ölkə vətəndaşı gəlib. 240 891 nəfər vətəndaş isə ölkəni tərk edib.
Bununla da, Ermənistandan gedən yerli vətəndaşların sayı ölkəyə gələnləri 76677 nəfər üstələyib.