Dünyanın ən böyük zərgərlik istehsalçılarından biri olan “Pandora” məhsullarında saf almaz əvəzinə süni almaz (sintetik) istifadə edəcəyini açıqlayıb.
BBC xəbər verir ki, zərgərlik evi laboratoriyada xüsusi olaraq yetişdirilən daşların istifadəsinə başlayacaq. İlk belə istehsalın Böyük Britaniyada başlanması planlaşdırılır.
Bildirilir ki, şirkət almaz bazarını dəyişdirməyi və məhsulu davamlı və hər kəs üçün əlçatan etməyi hədəfləyir.
Şirkət keçənilki məhsullarında mədənlərdən çıxarılan təxminən 50 000 ədəd saf almazdan istifadə edib.