İsveçdə peyvəndin ən az birinci dozasını almış iki milyon nəfərdən altı mini vaksinasiyadan sonra koronavirusa yoluxub.
TASS İsveç Səhiyyə İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, yoluxma halları orta hesabla vaksinasiyadan üç həftə sonra baş verib.
Yoluxanlardan 20 nəfər reanimasiyaya düşüb, 187 nəfər isə vəfat edib.
Ölkədə 700 min tam peyvənd olunmuş şəxsdən 1624 nəfərində COVID-19 aşkarlanıb ki, onların da altısı reanimasiyada müalicə keçib, 67 nəfər isə vəfat edib.
Bu məlumatlar bir daha sübut edir ki, peyvənd olunmuş şəxslər arasında ağırlaşma və ölüm halları xeyli aşağı olur.