Avropa İttifaqının mayın sonlarında keçiriləcək sammitində Rusiyaya qarşı tədbirlərin bütün variantları müzakirə olunacaq.
“RİA Novosti” xəbər verir ki, bunu Fransa XİN yanında dövlət katibi Kleman Bon ölkə parlamentindəki çıxışı zamanı bəyan edib.
O bildirib ki, sammitdə Fransa Rusiyaya qarşı sərt siyasət strategiyasını müdafiə edəcək.
XİN rəsmisindən əvvəl çıxış edən AŞPA məruzəçisi Jak Mer isə Rusiyanı Aleksey Navalnı işindəki bütün öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün bütün hüquqi vasitələrdən istifadə olunmasına çağırıb.