Türkiyənin İstanbul şəhərində toplama qutusundan paltar götürmək istəyən kişi ölümlə üzləşib. Belə ki, o, qutudan geri çıxa bilməyib.
Bu barədə “Haber Global” xəbər yayıb.
Halı pisləşən kişi yoldan keçənlərdən yardım istəyib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Lakin onlar da bir iş görə bilməyiblər. Bundan sonra yanğınsöndürənlər çağırılıb.
Uzun səylərdən sonra kişini qutudan çıxarmaq mümkün olub. O, xəstəxanaya yerləşdirilib.