Rusiya XİN rəhbəri Sergey Lavrovun regiona səfəri böyük dəyişikliyə yol açmayacaq. O, müzakirələr aparmağa və Ermənistan-Azərbaycan arasında iki tərəfin də narazı qaldığı məsələri öyrənib, Kremlə məruzə etmək məqsədi ilə gəlir.
Oxu24.com bildirir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, Lavrovun Yerevan səfərində Paşinyan Azərbaycanın əsir götürdüyü erməni terrorçularla bağlı məsələni müzakirə edəcək:
Politoloq onu da bildirib ki, Lavrovun Bakı səfəri çərçivəsində Şuşaya atılan "İsgəndər-M"lə bağlı hansısa açıqlama verməsi gözlənilmir:
"Bakı səfərində inanmıram ki, Lavrov "İsgəndər-M" raketi ilə bağlı hər hansı açıqlama versin. Güman ki, Prezident İlham Əliyev bu məsələni görüşdə diqqətə çatdıracaq. Lavrov isə ən azından məsələnin araşdırıldığını deyə bilər. Bundan başqa, hesab edirəm ki, görüşdə Zəngəzur dəhlizinin açılması ilə bağlı Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyini Rusiya XİN rəhbərinin diqqətinə çatdıracaq".