İraqın Balad şəhərində ölkə ordusunun hərbi bazası raket hücumuna məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi bildirib.
Agentliyin məlumatına görə, bazada Amerika hərbi qulluqçuları yerləşdirilib.
Qeyd edilir ki, bazanın ərazisinə azı 3 raket düşüb. Hələlik ölənlər və ya dağıntılar barədə məlumat verilmir.