Tacikistanla sərhəddə baş verən silahlı qarşıdurma zamanı yaralanan qırğızıstanlıların sayı 183-ə çatıb.
TASS xəbər verir ki, bunu respublikanın Səhiyyə və Sosial İnkişaf nazirinin müavini Aliza Soltonbekova Bişkekdə keçirdiyi brifinqdə açıqlayıb:
“Ümumilikdə 183 nəfər yaralanıb, onlardan 34-ü həlak olub”.
Qırğızıstan Səhiyyə Nazirliyi daha sonra münaqişədə ölənlərin sayının 35-ə çatdığını bildirib.
Xatırladaq ki, aprelin 28-də Qırğızıstan və Tacikistan sərhədində mübahisəli “Qolovnoy” su paylama məntəqəsi ətrafında yerli sakinlər arasında münaqişə baş verib. Hər iki tərəfdəki qarşıdurmalar nəticəsində təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Mayın 1-də Bişkek və Düşənbə Qırğızıstan-Tacikistan sərhədində tam atəşkəs barədə razılığa gəliblər.