Bu gündən Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.
Qərar ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar verilib.
“Yeni qaydalar mayın 3-dən 12-nə qədər davam edəcək. Qadağa taksilərə və şəhərlərarası nəqliyyata təsir etməyəcək”, - deyə kabinetdən bildirilib.
Qeyd edək ki, mart ayından Gürcüstanda koronavirusa yoluxma artır. Aprelin ortalarından ölkədə koronavirusun 3-cü dalğası xəbərdarlığı edilib.