İtaliyanın sabiq baş naziri Silviyo Berluskoni Milanın “San Raffaele” xəstəxanasından evə buraxılıb.
Bu barədə “Sky Tp24” telekanalı xəbər yayıb.
84 yaşlı siyasətçi Arkordakı villasına yollanıb.
Xatırladaq ki, aprelin 6-da xəstəxanaya müayinə üçün yollanan Berluskoni həkimlərin məsləhəti ilə orada qalmalı olub.