Artıq 15 ildir ki, Britaniya Baş naziri Boris Consonun şəxsi telefon nömrəsi açıq şəkildə internetdə yayılıb.
Bu barədə BBC xəbər verib.
Məlumata əsasən, nömrə hələ 2006-cı ildə analitik mərkəzin press-relizində dərc olunub və çox güman ki, Conson hələ də bu nömrədən istifadə edir.
Leyborist Partiyasının lideri ser Kir Stamer məsələni milli təhlükəsizliyə hədə kimi qiymətləndirib. Xəzinədarlığın rəhbəri Rişi Sunak isə bütün təhlükəsizlik protokollarının yerinə yetirildiyini bildirib.
Baş nazirə gəlincə, onun bu nömrəni dəyişib-dəyişməyəcəyi bilinmir.