Qırğızıstanla Tacikistan arasında gərginlik davam edir: Məclis sədri girov götürüldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:54 BDU-nun dosenti VƏFAT ETDİ - FOTO  |     15:51 Azərbaycanda orta aylıq əməkhaqqı artıb  |     14:58 BDU-nun dosenti VƏFAT ETDİ  |     14:50 Ruslar Ermənistana getməkdən imtina edir  |     14:40 Azərbaycanda orta aylıq əməkhaqqı artıb  |     14:28 Rusiyanın məşhur rejissoru vəfat etdi  |     14:20 Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzində  |     14:13 SSRİ-nin "ilk gözəli" vəfat etdi - FOTO  |     14:08 Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir  |     14:00 BMT eksperti: "Buzlaqların əriməsi səbəbindən qlobal fəlakətə yaxınlaşırıq"  |     13:53 Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib  |     13:45 Bəzi fermerlərə 8000 manat subsidiya veriləcək  |     13:35 Gürcüstanın hakim partiyası parlament seçkisində qalib gəldi  |     13:30 Azərbaycanda polis ehtiyatsızlıq nəticəsində həyatını itirdi  |     13:22 Kolleclərə yeni təyinatlar olub  |     13:15 Mayk Tayson məğlubiyyətdən sonra boksdakı taleyi ilə bağlı açıqlama verdi  |     13:08 Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib  |     13:02 Sabahın hava proqnozu AÇIQLANDI - 17.11.2024  |     22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |    

Qırğızıstanla Tacikistan arasında gərginlik davam edir: Məclis sədri girov götürüldü

Qırğızıstanın Leylək rayonu ərazisində yerləşən İnternatsional kənd sovetinin məclis sədri Tacikistan vətəndaşları tərəfindən girov götürülüb.

Bu barədə məlumatı “İnterfax” agentliyinə Qırğızıstanın Batken bölgəsinin daxili işlər orqanlarından veriblər.

Qırğızıstan hüquq-mühafizə orqanları Tacikistanla sərhəddə vəziyyətin gərgin olaraq qaldığını bildirib.

Qırğızıstanın Batken bölgəsi başçısının müavini Marufxan Tulayev isə açıqlamasında bildirib ki, aprelin 30-da Tacikistan silahlı qüvvələri Batken bölgəsinin Qızıl-Bel kəndinə hücum edib.

“Təxminən 20 dəqiqə əvvəl Tacikistan hərbçiləri Qırğızıstan ərazisində yerləşən kəndi qumbaraatanlardan atəşə tutub. Hazırda insidentin baş verdiyi ərazidə araşdırma aparılır”, - M.Tulayev bildirib.

O əlavə edib ki, Qırğızıstanın Batken bölgəsinin Tacikistanla sərhəddə yerləşən yaşayış məntəqələrindən 20 mindən çox mülki vətəndaş təxliyə edilib.

Qeyd edək ki, Tacikistan sərhədçiləri ilə Qırğızıstan vətəndaşları arasında yaranmış qarşıdurmada ölənlərin sayı 20 nəfərə çatıb. 150 nəfərin isə xəsarət aldığı bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 029 30.04.21 14:55