ÜST: “Vaksinasiya tarixin gedişatını dəyişdirəcək” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |     16:29 Mikayıl Cabbarov Hezer Evans ilə görüşüb  |     16:20 Fatih Terim: Qurban Qurbanova xüsusi hörmətim var - FOTO  |     15:54 BDU-nun dosenti VƏFAT ETDİ - FOTO  |     15:51 Azərbaycanda orta aylıq əməkhaqqı artıb  |     14:50 Ruslar Ermənistana getməkdən imtina edir  |     14:28 Rusiyanın məşhur rejissoru vəfat etdi  |     14:20 Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzində  |     14:13 SSRİ-nin "ilk gözəli" vəfat etdi - FOTO  |     14:08 Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir  |     14:00 BMT eksperti: "Buzlaqların əriməsi səbəbindən qlobal fəlakətə yaxınlaşırıq"  |     13:53 Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib  |     13:45 Bəzi fermerlərə 8000 manat subsidiya veriləcək  |     13:35 Gürcüstanın hakim partiyası parlament seçkisində qalib gəldi  |     13:30 Azərbaycanda polis ehtiyatsızlıq nəticəsində həyatını itirdi  |     13:22 Kolleclərə yeni təyinatlar olub  |     13:15 Mayk Tayson məğlubiyyətdən sonra boksdakı taleyi ilə bağlı açıqlama verdi  |     13:08 Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib  |     13:02 Sabahın hava proqnozu AÇIQLANDI - 17.11.2024  |     22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |    

ÜST: “Vaksinasiya tarixin gedişatını dəyişdirəcək”

“İki yüz ildir peyvəndlər bizi ciddi xəstəliklərdən qoruyur. Koronavirus peyvəndi də belə olacaq. Peyvəndlər bizi davamlılığa doğru aparır”.

Median.Az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional ofisinin direktoru Hans Klüge Avropa regionunda COVID-19-la bağlı vəziyyətə dair onlayn brifinqdə bildirib.

Klüge deyib ki, Avropa regionunun sakinlərinin 5,5%-i COVID-19-a yoluxub və sağalıb, 7%-dən çoxu isə vaksinasiyanı tamamlayıb. Lakin, o, əlavə edib ki, təhdid hələ də qalır.

“Vaksinlər insanların həyatını xilas edir. Onlar, həmçinin pandemiyanın gedişatını dəyişdirir və onun öhdəsindən gəlməyə kömək edir. Epidemioloji nəzarət olmadan koronavirusun yeni ştammlarını müəyyənləşdirə bilməyəcəyik. Xəstəlikləri dəf etmək istəyiriksə, planlı şəkildə vaksinasiyalar aparmalıyıq. Vaksinasiya tarixin gedişatını dəyişdirəcək”, – o deyib.

ÜST-ün Avropa üzrə regional direktoru Hindistan ştammı mövzusuna da toxunub və COVID-19 yoluxmalarının hər gün rekord vurduğu Hindistandakı ağır epidemioloji vəziyyətdən danışıb: “Hindistandakı vəziyyətin istənilən ölkədə təkrarlana biləcəyini anlamaq çox vacibdir. Peyvəndləmənin əhatə dairəsi kiçik olanda, istənilən ölkədə “fırtına” baş verə bilər. Bu vəziyyətdə həmrəylik çox vacibdir... Avropa İttifaqı ölkələri də daxil olmaqla bir çox ölkə Hindistana dərman və digər zəruri vasitələrlə yardım edir”, – H.Klüge deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            480 29.04.21 20:18