Gürcüstanda koronavirusa daha bir yoluxma faktı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da ölkədə təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 131-ə çatıb.
Koronavirus xəstələrinin 26-sı sağalıb. Karantində 5 550, stasionar nəzarətdə isə 281 nəfər var.
Hazırda Gürcüstanda aktiv COVID-19 infeksiyası daşıyıcılarının sayı 105 nəfər təşkil edir.