Pandemiya dövründə qan donoru olmaq üçün tələblər açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Pandemiya dövründə qan donoru olmaq üçün tələblər açıqlanıb

Milli Hematologiya və Transfuziologiya Mərkəzi koronavirus pandemiyası dövründə qan donoru olmaq istəyənlər üçün tələbləri açıqlayıb.

Median.Az
-ın e-tibb.az-a istinadən verdiyi xəbərə görə, Mərkəzin məlumatında bildirilir ki, koronavirus infeksiyası olan riskli bölgəyə baş çəkənlər Azərbaycana qayıtdıqdan 4 həftə sonra qan verə bilərlər. Məlumatda daha sonra deyilir: “Öskürək, hərarət və ya kəskin respirator (tənəffüs) simptomları müşahidə olunan şəxslər sağalandan sonra qan donoru olmaq üçün 28 gün gözləməlidirlər.

Ev izolyasiyası olunmuş şəxslə təmasda olmusunuzsa (əgər həmin şəxsdə öskürək, hərarət və nəfəs problemi yoxdursa) müvafiq müayinələrdən sonra qan donoru ola bilərsiniz. Lakin təmas haqqında məlumat verin.

İzolyasiya olunmuş, kəskin respirator (tənəffüs) infeksiya simptomları olan və koronavirus testi pozitiv olan biri ilə təmasda olmusunuzsa, həmin şəxsin simptomlarının aradan qaldırılmasından 4 həftə sonra qan verə bilərsiniz.

İzolyasiya olunmuş, kəskin respirator (tənəffüs) infeksiya simptomları olan koronavirus testi neqativ olan biri ilə təmasda olmusunuzsa, həmin şəxsin simptomlarının aradan qaldırılmasından 14 gün sonra qan verə bilərsiniz.

Səyahət edən şəxslər 28 gün sonra təkrar donor ola bilərlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            988 02.04.20 20:23