Rusiyada yeni növ koronavirusa yoluxanların sayı artıb.
“RİA Novosti” operativ qərargaha istinadən xəbər verir ki, son sutka ərzində Rusiyanın 35 regionunda 302 nəfərdə koronavirus aşkar edilib. Onlardan 17-si uşaqdır.
Hazırda Rusiyada koronavirus pandemiyasına yoluxanların ümumi sayı 1836 nəfərdir. Səkkiz nəfər virusun qurbanı olub. Ən çox virusa yoluxma halı paytaxt Moskvada qeydə alınıb – 1226 nəfər.