Rusiyalı yazıçı Boris Akunin koronavirusa yoluxub.
APA-nın “RİA Novosto”yə istinadən verdiyi xəbərə görə, bu barədə o, özünün “Facebook” səhifəsində bildirib.
O, dəbli xəstəliyə tutulduğunu, təəssüratlarını bölüşəcəyini yazıb.
Qeyd edək ki, hazırda Rusiyada koronavirusa yoluxanların sayı 840-a çatıb, 38 nəfər sağalıb, 2 nəfər isə vəfat edib. 139 min nəfər isə həkim nəzarətindədir.