Sinqapurlu alimlər yeni tip koronavirusun diaqnostikası üçün ekspress test hazırlayıblar.
Bu barədə “Straits Times” qəzeti Elm, Texnologiya və Tədqiqatlar Agentliyinin professoru Ceki İnə istinadla xəbər yayıb.
“Cepat” yeni test sistemi virusun genetik materialını müəyyən edir və 5-10 dəqiqəyə nəticələri göstərir.
Testin kütləvi istehsalı və istifadəsi üçün lisenziyanın bir ay ərzində alınacağı gözlənilir.