Feysbuk sosial şəbəkəsi Amerika əleyhinə fəaliyyət göstərən Rusiyaya məxsus 203 səhifəsini silib.
Median.Az ted.az-a istinadən bildirir ki, Feysbuk rəsmilərinin verdiyi açıqlamada Rusiyadan idarə edildiyi sübut olunan 49 Feysbuk profili, 69 səhifə və 85 İnstaqram hesabının silindiyi təsdiqlənib.
Sosial şəbəkə hesablarının Amerika siyasətinə dair zarafatlar, ABŞ polisinin şiddəti və ədalətsizliyi ilə bağlı paylaşımlar etdiyi bildirilib.
Feysbuk silinən hesabların bu tip paylaşımlarını rəsmi səhifəsində də yerləşdirib.