Türkiyədə koronavirusun yayılması çox sayda iş yerlərinin bağlanmasına səbəb olub.
Sondakika.com xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin 81 rayona göndərdiyi “Koronavirus tədbirləri” çərçivəsində 149382 iş yeri müvəqqəti olaraq bağlanıb.
Bunlara gecə klubları, barlar, diskotekalar, teatr, kino, konsert, toy salonları, kafelər, restoranlar, hər cür oyun salonları və s. aiddir.
Qanuna əməl etməyən 187 iş yeri təkrar bağlanıb.