Rusiyada Baş nazirin müavini Viktoriya Abramçenko koronavirusun yayılması ilə bağlı ərzaq qıtlığının olmayacağı barədə açıqlama verib.
TASS xəbər verir ki, nazir müavini Altay vilayətinin ölkəni qarabaşaqla təmin edəcəyini deyib:
“Rusiyalıların son günlərdə ən sevimli qidasına çevrilən qarabaşaq hamıya çatacaq”.
O, hazırda 350 min ton qarabaşaq ehtiyatının olduğunu da vurğulayıb.
Abramçenko tədarükçülərin mağazaları ən çox tələbat yaranan məhsullarla təmin edəcəyini bildirib.
Qeyd edək ki, Rusiyada əhali koronavirus pandemiyasına görə mağazalardan böyük həcmdə ərzaq alışına başlayıblar.
Onların ən çox qarabaşaq və tualet kağızı aldıqları bildirilib.