Rusiya Dəmir Yolları (RDY) Azərbaycan və Özbəkistanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırıb.
TASS xəbər verir ki, qərar bu gündən qüvvəyə minib.
RDY-nin yaydığı açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar xüsusi göstəriş olanadək qüvvədə qalacaq.
Bildirilib ki, qərar barədə Azərbaycan tərəfi məlumatlandırılıb.