ABŞ Prezidenti Donald Tramp koronavirus testindən keçdiyini bildirib. Qeyd edib ki, hələ testin nəticəsi məlum deyil.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı deyib.
Prezident həraritinin olub-olmaması ilə bağlı verilən suala belə cavab veri:b "Səhhətim tamamilə normaldır".
Xatırladaq ki, bir neçə gün əvvəl Trampla görüşən Braziliya nümayəndə heyətinin üzvlərindən biri koronavirus xəstəliyinə tutulub.