İranın İnqilab Keşikçilər Korpusunun (SEPAH) generalı Nasir Şabani koronavirusdan həyatını itirib.
Median.Az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
37 il İran silahlı qüvvələrində xidmət aparmış general ölkəsi üçün aparıcı şəxslərdən hesab olunurdu.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə infeksiyadan ölənlərin sayının 514 nəfər olduğunu açıqlayıb. 3529 nəfər isə koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.