Hollivudun tanınmış prodüseri Harvey Vaynştayna 23 il həbs cəzası verilib.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Nyu-York məhkəməsi bu barədə hökm çıxarıb. Prodüser təcavüz və cinsi zorakılıqda günahlandırılıb.
Xatırladaq ki, prodüser Harvey Vaynştayn haqqında təcavüz iddiaları oraya çıxdıqdan sonra #MeToo kampaniyası başlayıb. Bu kampaniyada 85 ölkədən insanlar iştirak edib.