Bu gün Avropanın daha bir ölkəsində koronavirusa ilk yoluxma halı baş verib.
Median.Az Day.az-a istinadən bildirir ki,yoluxma Slovakiyada qeydə alınıb.
Bratislavada keçirilən mətbuat konfransında faktı təsdiq edən baş nazir Peter Pelleqrini həmin şəxsin ölkə hüdudlarından kənara çıxmadığını vurğulayıb. Onun sözlərinə görə, çox güman ki, virus aşkar edilmiş 53 yaşlı şəxs ölkə daxilində xaricdən gəlmiş şəxslə münasibətdə olub.
Qeyd edək ki, bu gün Serbiya və Vatikanda da koronavirusa ilk yoluxma faktları qeydə alınıb.