İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi koronavirusdan ölüb.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq diplomat sözügedən virusun daha geniş yayıldığı Qum şəhərində dünyasını dəyişib.
Qeyd edək ki, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi, vitse-prezident Məsumə Ebtekar, millət vəkili Mahmud Sadıqi də koronavirusa yoluxublar.
İranda koronavirusa yoluxanların sayı 245 nəfərdir. 26 nəfər isə dünyasını dəyişib.