Monakonun Monte-Karlo şəhərində şəxsi həyətdə avtomobil od tutub yanmağa başlayıb.
“Daily Mirror”un verdiyi xəbərə görə, sahibi “Ferrari F40” markalı avtomobilini evin eyvanından bağının suvarıldığı şlanqdan tökdüyü su ilə söndürməyə çalışıb.
Yoldan keçən bir şəxs bu görüntünü video çəkərək internetdə paylaşıb.
Məlum olub ki, sahibi avtomobili bir neçə saat əvvəl alıb, sürətlə idarə etdiyi maşını həyətin divarına çırpıb. Avtomobilin mühərrikində başlanan yanğın digər hissələrə də yayılıb.
Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovu söndürüblər. Lakin 1 000 000 funt sterlinq (2,192,100 AZN) qiyməti olan lüks avtomobilin yerində yalnız yanmış dəmir yığını qalıb.