Türkiyənin Manisa vilayətində son bir ayda 3774 zəlzələ baş verib.
“HaberGlobal”ın məlumatına görə, bu barədə Kandilli Rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutunun müdiri, professor Haluk Özener “Twitter” hesabında yazıb.
“22 yanvar 2020-ci ildə episentri Musalar-Akhisar olan 5.6 bal gücündə zəlzələ ilə başlayan Manisadakı seysmik aktivlikdən 18 fevral 2020-ci il saat 22:00-dək 3774 zəlzələ qeydə alınıb”, - Özener bildirib.