Türkiyənin Manisa vilayətinin Qırxağac rayonunda yenidən zəlzələ baş verib.
APA-nın Türkiyə Təbii Flakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadla verdiyi xəbərə görə, yeraltı təkan yerli vaxtla saat 19:09-da 5,2 bal gücündə meydana gəlib.
Zəlzələ ətraf ərazilərdə hiss edilib. Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur.