“Türk Hava Yolları”na məxsus təyyarədə sərnişinlər arasında dava düşüb.
“Anadolu Ajansı”nın yaydığı xəbərə görə, hadisə TK 2505 nömrəli Bodrum-İstanbul reysində baş verib.
Belə ki, təyyarənin uçuşa başlamasına bir neçə dəqiqə qalmış sərnişinlərdən ikisi əl baqajlarının yeri üstündə mübahisə ediblər.
Mübahisə davaya çevrildiyindən həmin sərnişinlər hava limanında ifadələri alınması üçün təyyarədən çıxarılıb.
Təyyarə 17 dəqiqə gecikmə ilə İstanbula yola düşüb.