Çində yerli qəzetlərdən biri 1775 nəfərin ölümünə səbəb olan yeni növ koronavirus epidemiyasının Vuhandakı laboratoriyaların birində alimlər tərəfindən hazırlandığını iddia edib.
Median.Az xəbər verir ki, daha öncə epidemiyanın canlı heyvan bazarından yayıldığı açıqlansa da, əslində virusun bazara 280 metr məsafədə yerləşən Vuhan Xəstəlik Nəzarət Mərkəzində yaradıldığı haqda şayiələr yayılıb. Virusun sınaq zamanı nəzarətdən çıxdığı deyilir.
"Mərkəzdə canlı heyvanlar üzərində araşdırma aparılırdı. Bu heyvanlar arasında 605 ədəd yarasa da olub. Həmin yarasalar Xubey və Çjetszyan bölgələrindən tutulub", - deyə xəbərdə qeyd olunub.
Tan adlı mütəxəssisin sınaq zamanı yarasaların hücumuna məruz qaldığı iddia edilən məqalədə sonradan özünü 28 gün qarantin altına aldığı bildirilib.
Digər bir tərəfdən Ümumdünya Səhiyyə Təşkilatından bir qrup nümayəndə Çinə səfər edib və epidemiya ilə bağlı araşdırmalara başlayıb.
Xəstəlik səbəbindən həmçinin Çin Parlamentinin yüksək vəzifəli şəxslərinin 24 fevralda keçirilməsi nəzərdə tutulan görüşünün də ertələnə biləcəyi açıqlanıb. Çinin Sinxua agentliyi iclasın mart ayına qədər təxirə salına biləcəyini qeyd edib.//qaynarinfo.az