Türkiyənin İzmir şəhərində G.Ö. adlı şəxs qayınatasını silahla vurub.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Hadisə İzmirin Ödəmiş rayonunda baş verib. 37 yaşlı kişi qayınatasının olduğu məkana daxil olaraq atəş açıb. Nəticədə, 58 yaşlı qayınata – S.D. və başqa bir müştəri ağır yaralanıb.
Hadisənin səbəbi bəlli olmasa da, G.Ö.-nün bir neçə gün əvvəl həyat yoldaşını döydüyü və qadının atasının evinə sığındığı qeyd olunur.