Yəmənin şimalını nəzarətdə saxlayan “Ənsarullah” hərəkatının üzvləri Səudiyyə Ərəbistanı ilə sərhəddə hərbi təyyarəni vurublar.
Bu barədə “Reuters” hərəkatın rəsmi nümayəndəsi Yəhya Sariaya istinadla xəbər yayıb.
Onun sözlərinə görə, təyyarə “hava-torpaq” tipli raketlə vurulub.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Səudiyyə Ərəbistanı hərbçiləri qəza xəbəri barədə hələlik şərh verməyib.