Çində koronavirusun yaratdığı sətəlcəmin müalicəsi üçün effektiv üsul işlənib. TASS-ın məlumatına görə, bu barədə Çinin Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsi məlumat verib.
Bildirilir ki, xəstələrə bu xəstəlikdən sağalan donorların qan plazması köçürülür. Bu üsul kritik vəziyyətdə olan 10-dan çox xəstəni xilas etməyə imkan verib, artıq 12-24 saatdan sonra onların vəziyyətlərində yaxşılaşma müşahidə olunub.
Sağalmağa doğru gedən xəstələrin qanında koronavirusla mübarizədə effektiv olan çoxlu sayda anticisim müəyyən edilib.
Bildirilir ki, biomaterial virusun təsirsiz hala gəldiyi xüsusi prosedurdan keçirilir.