Rusiyanın Kostroma vilayətində qatarda dava düşüb.
REN TV-nin yaydığı xəbərə görə, qatardakı sərnişinlərdən biri sərxoş olub və özünü pis aparıb.
Bu zaman kupe yoldaşı onu döyüb.
Nəticədə, onların hər ikisi qatardan endirilib.
Sərxoş sərnişin həkim müayinəsinə, onu döyən şəxs isə polis nəzarətinə götürülüb.